Məşhur aktyor əməliyyat olundu - FOTO

DÜNYA

26 Mart 2024 09:01

Oxunma sayi: 218
Məşhur aktyor əməliyyat olundu  - FOTO

Məşhur aktyor Arnold Şvartsenegger ürəyindən əməliyyat olunub.

Azmedia.az publika.az-a istinadən xəbər verir ki, bu barədə aktyor "Men's Health"ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ürəyinə kardiostimulyator quraşdırılıb.

"İndi robot olmağa daha yaxınam", - sənətçi "Terminator" filmindəki obrazını xatırladaraq zarafat edib.

Arnold əməliyyata görə ağır fiziki fəaliyyəti dayandırdığını, bir aydan sonra məşqlərə qayıdacağını vurğulayıb.

Xatırladaq ki, anadangəlmə ürək qüsuru - ikiüzlü aorta qapağı ilə doğulan Şvartsenegger ilk dəfə 1997-ci ildə, daha sonra isə 2018 və 2020-ci illərdə ürək əməliyyatı keçirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!