Polşada məşhur model Paulina Lerch və həyat yoldaşı Slawomir ölü tapılıblar.
Azmedia.Az xarici KİV-ə istinadən xəbər verir ki, onların cansız bədəni Poznan şəhəri yaxınlığında aşkar edilib.
Paulinanın ailəsi uzun müddət ondan xəbər ala bilməyib. Nəticədə onlar polisə müraciət ediblər.
Paulina "Top Model" adlı TV proqramında iki yer alıb. Onun həyat yoldaşı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinirdi və may ayında həbs edilmişdi.
47 yaşlı Slawomirin 60 kiloqram narkotik maddə saxladığı iddi edilirdi. Polis hadisəni intihar olaraq dəyərləndirir. Slawomir əvvəl Paulinanı, daha sonra isə özünü öldürüb.
Onların tapıldığı evin içərisindən qıfıllı olması bunu deməyə əsas verir.
Hazırda ekspertizanın rəyi gözlənilir. Nəticələr açıqlandıqdan sonra hadisənin detalları açıqlanacaq.