“Meta” şirkəti 11 mindən çox işçisini ixtisar edib

İKT

09 Noyabr 2022 17:36

Oxunma sayi: 456
“Meta” şirkəti 11 mindən çox işçisini ixtisar edib

“Meta” şirkəti gəlirlərinin azalması səbəbindən işçilərinin 13 %-ni və ya 11 mindən çox işçisini ixtisar edib.

Azmedia.az xəbər verir ki, bu barədə CNBC telekanalı şirkətin baş direktoru Mark Zukerberqin məktubuna istinadən məlumat yayıb.

“Bu gün sizə “Meta” şirkətinin tarixinin ən çətin qərarlarından birini açıqlamaq istərdim. Komandamızın sayını, təxminən, 13 % azaltmaq və ya 11 mindən çox istedadlı işçimizi ixtisar etmək qərarına gəldim. Biz həmçinin xərcləri azaltmaqla və işə qəbulla bağlı moratoriumun müddətini uzatmaqla daha kompakt və effektli şirkət olmaq üçün bir sıra əlavə addımlar atacağıq”, - Zukerberq bildirib.

CNBC-də dərc edilən məqalədə bildirilib ki, kütləvi ixtisarların səbəblərindən biri “Meta”nın gəlirlərinin kəskin azalmasıdır. Şirkətin rəhbəri zəif göstəricilərə görə məsuliyyəti öz üzərinə götürüb.

Xatırladaq ki, 2022-ci ilin sentyabr ayının sonuna olan məlumata görə, bu şirkətdə 87 min nəfər işləyirdi.

“Meta” şirkəti Feysbuk və İnstaqram sosial şəbəkələrinin sahibidir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!