Meta şirkəti ELAN ETDİ: “Facebook“ və “Instagram“ bağlana bilər

İKT

10 Fevral 2022 18:28

Oxunma sayi: 307
Meta şirkəti ELAN ETDİ:  “Facebook“ və “Instagram“ bağlana bilər

Sosial media nəhəngi Meta açıqlama verib ki, onun nəzarəti altında fəaliyyət göstərən "Facebook" və "Instagram" tətbiqləri Avropa Birliyi (AB) ölkələrində bağlana bilər.

 

Azmedia.az xəbər verir ki, şirkət ölkənin maliyyə orqanı olan ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına illik hesabatında xəbərdarlıq edib ki, yeni bir çərçivə qəbul edilmədikcə və mövcud sövdələşmə modelindən istifadə edə bilməyəcəyi təqdirdə Avropadan uzaqlaşmalı olacaq.

Buna səbəb Meta-nın, əvvəllər "Facebook"un avropalıların məlumatlarını ABŞ-da yerləşən serverlərə ötürmək, saxlamaq və emal etməkdən çəkindirən Aİ-nin məlumat qaydalarıdır.

Bu məsələlərin həlli üçün şirkət 2022-ci ildə yeni razılaşma əldə edə biləcəyini düşündüyünü bildirib. Əks halda, "biz yəqin ki, Facebook və Instagram da daxil olmaqla Avropada ən mühüm məhsul və xidmətlərimizdən bəzilərini təklif edə bilməyəcəyik" deyə açıqlamada qeyd olunur.

Məlumat üçün bildirək ki, Avropa Ədalət Məhkəməsi 2020-ci ilin iyul ayında məlumatların qorunması pozuntularına görə müqaviləni ləğv etdikdən sonra, Aİ və ABŞ bu müqavilənin yenilənmiş versiyası üzərində işlədiklərini bildirmişdilər. Keçən həftə Meta öz maliyyə hesabatında sosial media nəhənginin tarixində ilk dəfə gündəlik aktiv istifadəçilərinin azaldığını, bundan sonra şirkətin səhmlərinin 26 faiz ucuzlaşdığını açıqlaması da bu vəziyyətin heç də xoş nəticələrə səbəb olmayacağına işarədir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!