Microsoftun gəliri xeyli azalıb

İKT

25 Yanvar 2023 11:39

Oxunma sayi: 454
Microsoftun gəliri xeyli azalıb

ABŞ-ın texnologiya şirkətlərindən biri olan Microsoft-un xalis mənfəəti ötən ilin oktyabr-dekabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 faiz azalıb.


Azmedia.Az xəbər verir ki, Oktyabr-dekabr aylarını maliyyə təqvimində ikinci rüb kimi qəbul edən Microsoft şirkəti balans hesabatını açıqlayıb.

Müvafiq olaraq, şirkətin gəlirləri ötən ilin oktyabr-dekabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 52,7 milyard dollara çatıb.  Microsoft 2021-ci ilin iyul-sentyabr dövründə 51,7 milyard dollar gəlir əldə edib.

Şirkət bu dövrdə 2016-cı ilin iyununda başa çatan rübdən bəri ən aşağı gəlir artımını qeyd edib.

“Microsoft”un xalis mənfəəti eyni dövrdə 12 faiz azalaraq 16,4 milyard dollar olub.  Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 18,8 milyard dollar olub.

Şirkətin səhm üzrə qazancı da bu dövrdə 2,48 dollardan 2,20 dollara qədər azalıb.

ABŞ-ın texnologiya nəhəngi Microsoft, keçən həftə 10,000 işçisini işdən çıxaracağını elan edərək, şirkətin son 8 ildən çox müddətdə ən böyük işdən çıxarılması qərarını verdi.

Microsoft Baş İcraçı Direktoru (CEO) Satya Nadella, mövzu ilə bağlı şirkət işçiləri ilə paylaşdığı məqalədə müştərilərin rəqəmsal xərclərini optimallaşdırdıqlarını ifadə etdi.

Elmir Həsənov 

Mənbə: Haber Global

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!