“Milyonçu” filmindəki kimi... - 1 milyonu uddu

MARAQLI

18 Mart 2024 22:00

Oxunma sayi: 189
“Milyonçu” filmindəki kimi... -  1 milyonu uddu

Türkiyənin “Kim Milyoner Olmaq İster” yarışmasına qatılan gənc iştirakçı 1 milyon TL-lik mükafatı qazanıb.

Azmedia.Az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Belə ki, məşhur aktyor Kənan İmirzalıoğlunun təqdimatı ilə keçirilən “Kim Milyoner Olmaq İster” yarışmasında Berk Göktaş adlı gənc iştirakçı bütün sualları düzgün cavablandıraraq 1 milyon lirə məbləğində mükafat alıb.

Ona həmin məbləği aşağıdakı sual qazandırıb:

“1920-ci il aprelin 23-də açılan Türkiyə Böyük Millət Məclisinin birinci dövr millət vəkillərindən hansı millət vəkili olduğu vilayətlə düzgün uyğunlaşır?

A)Mustafa Kamal Paşa, Antep

B)Kazım Qarabəkir Paşa, Ərzurum

C)Miralay İsmət, Malatya

D) Fevzi Paşa, Kozan

Həmin suala düzgün cavab verməklə (D bəndində göstərilən cavab) maksimal göstərici əldə edən Göktaş hisslərini belə ifadə edib:

“Mənim hisslərim izah oluna bilməz, ancaq yaşana bilər! Yaşadıqlarım film lenti kimi gözümün önündən keçdi. Çox həyəcanlıyam”.

Xatırladaq ki, sonuncu dəfə ötən ilin sentyabrında verilişə qatılan Rabia Birsen adlı fiziki məhdudiyyətli iştirakçı 1 milyon TL-lik sualı düzgün cavablandırıb.//qafqazinfo

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!