Mingəçevir sakini bıçaqlandı

ÖLKƏ

05 May 2024 09:30

Oxunma sayi: 147
Mingəçevir sakini bıçaqlandı

Mingəçevir sakini naməlum şəraitdə bıçaq xəsarəti alıb. Azmedia.Az-ın məlumatına  görə hadisə şəhər hüdudlarında baş verib.1986-cı il təvəllüdlü şəhər sakini İsmayılov Zaur Ramazan oğlu  bıçaq xəsarəti ilə yaralı vəziyyətdə özünü  xəstəxanaya çatdırıb.Yaralı kişi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Əldə olunan ilkin məlumata görə hadisənin mahiyyəti və səbəbləri hələki tam məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!