Mingəçevir şəhərində tanışların arasında mübahisə yaranıb, bıçaqlanan var

ÖLKƏ

13 Aprel 2024 10:00

Oxunma sayi: 166
Mingəçevir şəhərində tanışların arasında mübahisə yaranıb, bıçaqlanan var

Mingəçevir şəhərində tanışların arasında mübahisə yaranıb, bıçaqlanan var.

Azmedia.Az-ın məlumatına görə hadisə şəhər sakini Qurban İsmayılovun yaşadığı mənzildə baş verib.

Tanışı ilə ev sahibi arasında düşən  mübahisə zamanı 1988-ci il təvəllüdlü  Yaməddin Rüstəmov 27 yaşlı Qurban İsmayılova bıçaqla xəsarət yetirib. Q.İsmayılov isə Y.Rüstəmovu  döyüb xəsarət yetirib. Bıçaqlanan və xəsarət alan  şəxslər xəstəxanaya çatdırıllb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan baş vermiş  hadisə ilə bağlı Azmedia.Az-ın sorğusuna cavab olaraq  bildirilib ki, müvafiq ekspertiza təyin olunub, izahatlar alınıb və araşdırma aparılır.

 

Ehtiram Muradov

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!