Mingəçevirdə baş verən qətl hadisəsini mərhumun keçmiş həyat yoldaşı və bibisi oğlu törədib - FOTO

ÖLKƏ

10 Mart 2024 20:00

Oxunma sayi: 840
Mingəçevirdə baş verən qətl hadisəsini mərhumun keçmiş həyat yoldaşı və bibisi oğlu törədib -  FOTO

Mingəçevirdə baş verən qətl hadisəsini mərhumun keçmiş həyat yoldaşı törədib.

Bunu hadisə ilə bağlı Azmedia.Az-a açıqlama verən, hadisəni törətməkdə şübhəli bilinən Ceyhun Mirzəyevin bacısı Südabə Mirzıyeva söyləyib.

Onun sözlərinə görə qətl olunan Aytən Məmmədovanın atası ilə onların anası doğma bacı qardaşdı. Yəni keçmiş ər arvad dayı qızı bibi oğlu olublar həm də.

Onların birgə nigahından iki oğlu dünyaya gəlib. Biri hərbi xidmətini təzə başa vurub, digəri isə nitq qüsurlu əlil uşaqdır. Südabə Mirzəyevanın sözlərinə görə qardaşı ilə xanımı çoxdan boşanıb. Üstəlik hadisəni törətməkdə şübhəli bilinən şəxs əvvəllər də məhkum olunub.

Onun sözlərinə görə doğmaları şok içindədir. Yaxın qohum olublar, eyni zamanda ailə boşandığı üçün ayrı ünvanlarda yaşayıblar. Hadisənin özünə gəlincə qətl hadisəsi Aytən Məmmədovanın Naxçıvan küçəsində yerləşən yataqxana binasının birinci mərtəbəsində yaşadığı mənzildə baş verib.

 

Ehtiram Muradov

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!