Mingəçevirdə ölümlə nəticələnən ağır hadisə olub

ÖLKƏ

10 Mart 2024 18:25

Oxunma sayi: 593
Mingəçevirdə ölümlə nəticələnən ağır hadisə olub

Mingəçevirdə ölümlə nəticələnən ağır hadisə olub.

Azmedia.Az-ın məlumatına görə hadisə saat 17:30 radələrində Energetiklər yaşayış massivi, Naxçıvan küçəsində yerləşən yataqxanalardan birində baş verib.

1987-ci il təvəllüdlü Məmmədova Aytən Sərvan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Əldə olunan ilkin məlumata görə qətl hadisəsi qadının əri tərəfindən törədilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma başlanıb.

 

Ehtiram Muradov

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!