Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO

ÖLKƏ

04 May 2024 23:45

Oxunma sayi: 342
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı -  VİDEO

“Təhsil naziri olduğum dövrdə qohumlarım arasında vəzifəyə təyin etdiyim insanlar olub”.

Azmedia.Az xəbər verir ki, bunu baku tv-yə açıqlamasında sabiq təhsil naziri Misir Mərdanov deyib.

Keçmiş nazir qohumlarını vəzifəyə təyin edərkən onların bacarığını əsas götürdüyünü bildirib:

“Qabiliyyəti, bacarığı olanı vəzifəyə təyin etmək lazımdır, qohumları yox. Amma onların içində qohumlar da ola bilər. Elə qohumlarım var ki, bu gün də işinə davam edir. Bəziləri isə təqaüd yaşı çatdığına, yaxud başqa səbəblərə görə vəzifədən gediblər”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!