Misir prezidenti 12 ildən sonra Ankarada

SİYASƏT

04 Sentyabr 2024 15:40

Oxunma sayi: 277
Misir prezidenti 12 ildən sonra Ankarada

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfəri başlayıb.

Azmedia.Az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verib.

Qeyd olunur ki, Əbdülfəttah əs-Sisini hava limanında R.T.Ərdoğan qarşılayıb.

İki liderin görüşündə Qəzzadakı münaqişə və sülh səylərinin müzakirə olunacağı, həmçinin Türkiyə-Misir Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclasının keçiriləcəyi bildirilib.

Eyni zamanda bir sıra sazişlərin imzalanacağı gözlənilir.

Qeyd edək ki, bu, Misir prezidentinin 12 ildən sonra Türkiyəyə ilk səfəridir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!