Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib - CANLI YAYIM

DÜNYA

09 May 2024 13:00

Oxunma sayi: 337
Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib  - CANLI YAYIM

Moskvada Qırmızı Meydanda “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, paradda doqquz mindən çox insan və 70 texnika iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin paraddan əvvəl çıxış edib.

Qeyd edək ki, “9 May” şərəfinə hərbi paradlar hərbi dairələrin, donanmaların və birləşmiş qoşunların qərargahlarının yerləşdiyi 25 şəhərdə keçiriləcək. Qələbə Gününün qeyd edilməsinə ümumilikdə 150 ​​minə yaxın insan, 2 500-ə yaxın silah və hərbi texnikalar cəlb olunub.

Mənbə: TASS

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!