Moskvada konsert zalında DƏHŞƏTLİ TERROR: Cinayət işi açıldı - FOTO/VİDEO

DÜNYA

23 Mart 2024 00:58

Oxunma sayi: 161
Moskvada konsert zalında DƏHŞƏTLİ TERROR:  Cinayət işi açıldı - FOTO/VİDEO

Rusiya İstintaq Komitəsi (İK) Moskvada “Crocus City Hall” ticarət mərkəzində baş verən terror aktı ilə bağlı cinayət işi açıb.

Azmedia.Az xəbər verir ki, bu barədə Rusiya İK mətbuat xidməti məlumat yayıb.

“Crocus City Hall” konsert zalında baş vermiş insidentdən sonra Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (terror aktı) maddəsi ilə cinayət işi açıb”, - deyə bəyanatda qeyd olunub.

Rusiya İstintaq Komitəsinin mərkəzi aparatının istintaq qrupu hadisə yerinə gedib.

Mənbə: TASS

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!