Mourinyo Avropa nəhənginin təklifini qəbul etdi

İDMAN

26 Mart 2024 21:33

Oxunma sayi: 1440
Mourinyo Avropa nəhənginin təklifini  qəbul etdi

"Roma"dan istefaya göndərilən Joze Mourinyo ilə bağlı yeni iddia ortaya atılıb.

AzmediA.az metbuat.az-a istinadən xəbər verir ki, "Çelsi" azarkeşləri portuqaliyalı çalışdırıcının kluba gətirilməsi barədə çağırış edib.

İddialara görə, "Çelsi" rəhbərliyi də Maurisio Poçettinonun rəhbərliyi altında bu mövsüm uğurlu oyun nümayiş etdirə bilməyən kluba Joze Mourinyonu gətirməyi nəzərdən keçirir. Məlumata görə, "Bavariya" rəhbərliyi də mövsümün sonunda klubdan gedəcək Tomas Tuçelin yerinə Joze Mourinyonu gətirmək istəyir.

İddialara görə, Mourinyo "Bavariya"nın təklifinə razılıq verib və artıq alman dilini öyrənməyə başlayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!