Müdafiə Nazirliyi: Azərbaycana məxsus PUA nın vurulması xəbəri dezinformasiyadır

SİYASƏT

25 Sentyabr 2019 16:35

Oxunma sayi: 301
Müdafiə Nazirliyi:     Azərbaycana məxsus PUA   nın vurulması xəbəri dezinformasiyadır

Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.

 

Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu xəbər həqiqətə uyğun deyil.

 

Nazirlikdən qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur: "Təqdim olunan fotodakı PUA-nın hazırda işğal olunmuş ərazilərdə Ermənistan SQ-nin keçirdiyi təlimlərdə "şərti düşmən" hədəfi kimi istifadə edilən kobud formada hazırlanmış maket olduğu istisna edilmir".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!