Mülki əhali İsrail ordusunun nəzarətə götürdüyü Rəfahı tərk edir - YENİLƏNİB + VİDEO

DÜNYA

07 May 2024 11:45

Oxunma sayi: 499
Mülki əhali İsrail ordusunun nəzarətə götürdüyü Rəfahı tərk edir  - YENİLƏNİB + VİDEO

Fələstinlilər İsrail ordusunun Qəzza zolağının cənubunda əməliyyatlara başlamasından sonra kütləvi şəkildə Rəfahı tərk etməyə başlayıblar.

Daha əvvəl isə şəhərin mülki əhalisinə Qəzza zolağında yerləşən Əl-Məvasi rayonuna yerləşmək tövsiyə olunub.

Bildirilir ki, məhz burada səhra xəstəxanaları və çadırlar quraşdırılıb.

Qeyd edək ki, bu gün səhər İsrail əsgərləri Qəzza zolağı ilə Misir arasındakı sərhəddə yerləşən Rəfah keçid məntəqəsini nəzarətə götürüb və oradan görüntülər paylaşıblar.

Mənbə: RT

********************

İsrail Müdafiə Ordusu Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah sərhəd-keçid məntəqəsini nəzarətə götürüb.

Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

İsrail tərəfi iddia edir ki, HƏMAS Rəfahın şərqindəki Rəfah keçid məntəqəsindən terror məqsədləri üçün istifadə edib.

********************

İsrail Müdafiə Ordusunun (SAXAL) bölmələri bu gün səhər saatlarından etibarən Qəzza zolağının cənubundakı Rəfah şəhərinə daxil olublar.

İsrail hərb hava qüvvələrinin HƏMAS-ın Rəfahdakı hədəflərinə hava zərbələri endirdiyi də qeyd olunur.  

Mənbə: The Times of Israel

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!