Necə edək ki, arıqladıqdan sonra artıq çəki qayıtmasın? Dietoloqdan məsləhət

SAĞLAMLIQ

07 May 2023 23:00

Oxunma sayi: 639
Necə edək ki, arıqladıqdan sonra artıq çəki qayıtmasın?   Dietoloqdan məsləhət

Arıqladıqdan sonra artıq çəkinin geri qayıtmadığına əmin olmaq lazımdır, bunun üçün bir neçə üsul var, tibb elmləri doktoru, dietoloq və psixoterapevt Mixail Ginzburq bunu öz video bloqunda bildirib.

Onun sözlərinə görə, statistik məlumatlara görə, arıqladıqdan sonra arıqlayanların yalnız 5%-i istədiyi çəkisini qoruyub saxlaya bilir.

“Qalanları bu və ya digər şəkildə kökələcək. Ola bilsin ki, hər kəs əvvəlki qədər qazanmayacaq, amma çoxları əvvəlkindən də çox qazanacaq” - deyən həkim, insanın çəkisinə onun həyat tərzi, genetikası, fəaliyyəti və psixikasının təsir etdiyini qeyd edib.


O bunu da qeyd edib ki, bir çox insanlar stress zamanı daha çox yemək yeyirlər amma arıqlamaq üçün həyat tərzinizi tamamilə dəyişmək lazımdır.

O, arıqladıqdan sonra köhnə vərdişlərə qayıtmamağın vacib olduğunu, səhər oyandıqdan sonra da daxil olmaqla çəkiyə daim nəzarət edilməli olduğunu vurğulayıb.

“Çəkinizə tərəzidə nəzarət etməlisiz, bunun sirri odur ki, səhər tərəzidə rəqəm görəndə bütün günü xatırlayırsan, bu, səni konkret hərəkətlərə sövq edir, şüuraltı şəkildə davranışlarını modelləşdirir”.

Diyetoloq fiziki fəaliyyətin vacibliyini də qeyd edib və mümkün olduqda yeriməyə məsləhət görüb.

mənbə:Mk.ru

Azmedia.Az

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!