Neftçalada üçotaqlı ev yanıb

ÖLKƏ

29 Aprel 2024 13:05

Oxunma sayi: 233
Neftçalada üçotaqlı ev yanıb

Neftçalada üçotaqlı ev yanıb.

Azmedia.Az FHN-in saytına istinadən xəbər verir ki, rayonun Ərəbqardaşbəyli kəndində ümumi sahəsi 204 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin iki otağının və dam örtüyünün yanar konstruksiyaları 172 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!