Azərbaycanda Çin istehsalı olan smartfonlar bahalaşıb

Oxunma sayı: 806
Texnologiya       7 Fevral 2020, 12:32
Azərbaycanda Çin istehsalı olan smartfonlar     bahalaşıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Azərbaycanda Çin istehsalı olan smartfonların qiymətlərində təxminən 5%-dək artım müşahidə olunur və bazarda bu məhsulun ehtiyatı tükəndikcə qiymətlər daha da arta bilər".

 

Azmedia.az xəbər verir ki, bunu  "MiMobile" şirkətinin İdarə Heyətinin üzvü Cümşüd Əliyev deyib.

 

Onun sözlərinə görə, hazırda bazarda qiymətlərin artması daha çox spekulyativ xarakter daşıyır: "Tələbin stabil qalaraq, təklifin isə azalması səbəbindən bazar iştirakçılarının əksəriyyəti bu fürsətdən istifadə edib, qiymətləri qaldırılar. Bu hal, hələ ki, pərakəndə qiymətlərə təsir etməsə də, topdansatış qiymətlərdə müşahidə olunur. Koronavirusun yayılması səbəbindən Çində zavodlar yanvar ayından istehsalı dayandırıb, tətilə çıxıblar. Onların işləri fevralın 20-dən sonra bərpa olunacağı gözlənilir. O vaxtadək və boş anbarlar sifarişləri alanadək məhsul təchizatında qıtlıq yaranacaq".

 

Şirkətin İdarə Heyətinin üzvü əlavə edib ki, istehsalçılar işləmədikləri müddətdə dəyən ziyanı məhsulun qiymətinə əlavə edəcəklər. Bu isə o deməkdir ki, gələcəkdə həm komponentlərin, həm də hazır məhsulun qiymətində artım ola bilər.

 

"Hazırda yerli idxalçılar alternativ variantlar axtarır və artıq ölkəyə Hindistanda istehsal olunan məhsullar gətirilir. Bunlar xüsusilə "Xiaomi"nin Hindistandakı zavodlarında istehsal olunan smartfonlardır. Bu cihazlar keyfiyyət baxımından digər zavodlarda istehsal olunan məhsullardan geri qalır. Alıcılar buna diqqət yetirməlidir", - deyə C. Əliyev bildirib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar