Microsoft-un yeni əməliyyat sistemi barəsində məlumatlar ortaya çıxıb

Oxunma sayı: 793
Texnologiya       8 Fevral 2020, 09:29
Microsoft-un yeni əməliyyat sistemi barəsində məlumatlar ortaya çıxıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Hələ 2017-ci ildə məlum olmuşdu ki, Microsoft şirkəti Windows Core OS adlı yeni əməliyyat sistemi üzərində çalışır. Həmin əməliyyat sistemi barəsində məlumatlar insayderlər tərəfindən verilir və şirkət əməkdaşları tərəfindən ortaya çıxır. Beləliklə Microsoft tərtibatçlarının müxtəlif platformalardakı hesablarını incələyərək jurnalistlər bu əməliyyat sistemi barəsində yeni məlumatlar aşkar ediblər. 

 

 

Azmedia.az  xəbər verir ki, Microsoft şirkətinin məhsullar üzrə meneceri olan Naim Ayat adlı şəxsin LinkedIn hesabında gələcək Windows 10 versiyalarının, Windows Mixed Reality (HoloLens) adlı qarışıq reallıq platformasının və Xbox konsolunun proqram təminatının əsasını təşkil edəcək Windows Core OS adlı əməliyyat sisteminin hazırlanmasından bəhs edilir.

 

 

Bu isə bir daha onu təsdiqləyir ki, sözügedən əməliyyat sistemi kompüterlər, artırılmış və qarışıq reallıq cihazları və o cümlədən oyun konsolları da daxil olmaqla müxtəlif cihazların dəstəyinin əldə edilməsi üzrə hazırlanır. Məlumata əsasən Windows Core OS, interaktiv Composable Shell örtüyünə sahib modul əməliyyat sistemi olacaq.

 

 

Composable Shell isə öz universallığı sayəsində istənilən cihaza adaptasiya ola bilir. Bundan əlavə olaraq Microsoft menecerinin LinkedIn hesabından məlum olub ki, o hal hazırda həmçinin iki ekranlı cihazlar üçün nəzərdə tutulmuş Windows 10X adlı əməliyyat sistemi üzərində çalışır və onun bu ilin sonunda işıq üzü görəcəyi planlaşdırılır.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar