Bu gün Bakıya qar yağacaq: şaxta, güclü külək olacaq

Oxunma sayı: 779
Cəmiyyət       10 Fevral 2020, 10:06
Bu gün Bakıya qar yağacaq:     şaxta, güclü külək olacaq

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Fevralın 10-da Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  Azmedia.az-a bildirilib ki, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° şaxta, gündüz 1-3° isti olacaq.


Bakıda gecə 2-4° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.

 

Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.

 

Yolların buz bağlama ehtimalı var.

 

Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.
 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar