Azərbaycanda ovlanan balıqların növü və çəkisi açıqlandı

Oxunma sayı: 868
Cəmiyyət       11 Fevral 2020, 16:37
Azərbaycanda ovlanan balıqların növü və çəkisi açıqlandı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq, Azərbaycanda 2019-cu ildə 151 hüquqi və fiziki şəxsə balıq və digər su bioloji resurslarının ovu üçün verilmiş 1185,8 ton kvotaya qarşı 1176,6 ton və ya 2018-ci illə müqayisədə 27,1 faiz az balıq ovlanıb.

 

Azmedia.az  xəbər verir ki, ovlanmış balığın 694,0 tonu kilkə, 105,7 tonu kütüm, 81,3 tonu siyənək, 69,9 tonu kefal, 59,7 tonu külmə, 40,8 tonu çapaq, 45,4 tonu çəki, 20,0 tonu dabanbalığı, 10,0 tonu sıf, 8,2 tonu şamayı, 5,0 tonu naxa, 3,4 tonu qarasol, 2,0 tonu xəşəm, 31,2 tonu digər balıq növlərinin payına düşüb.

 

2019-cu ildə balıqçılar tərəfindən kvota üçün 101,6 min manat ödənilib.

 

Kvota üzrə ovlanmış balıq da nəzərə alınmaqla hüquqi və fiziki şəxslər tərəfindən ümumilikdə 2019-cu ildə ilkin məlumata görə 63084 ton balıq ovlanıb ki, bu da 2018-ci ildəkindən 1,9 faiz çoxdur.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar