Bakıda polislər yolda buz təmizlədi - VİDEO

Oxunma sayı: 1016
Cəmiyyət       12 Fevral 2020, 12:10
Bakıda polislər yolda buz təmizlədi     - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Təhlükəyə baxmayıb yolun buzunu təmizləmək istəyirdilər”.

 

Azmedia.az  xəbər verir ki, "avtosfer.az”ın Faiq adlı oxucusu yol polisinin sürücüləri təhlükədən qorumaq üçün atdığı daha bir təqdirəlayiq hərəkətini əks etdirən video göndərib.

 

O bildirib ki, övladını məktəbə aparan zaman bu mənzərə ilə rastlaşıb və avtomobili saxlayaraq baş verənləri telefonla videoya çəkib:

 

"Zagulba-Buzovna körpüsünün üstündə 99 YP 314 nömrəli YPX avtomobilində xidmət aparan polislər yolu buzdan təmizləyirdilər.

 

Təhlükəli yer olmasaydı, maşını saxlayıb çəkməzdim. Həm qürurverici, həm də təhlükəli idi.

 

Maşınlar yanlarından şütüyüb gedirdi, amma təhlükəyə baxmayıb yolun buzunu təmizləmək istəyirdilər”.

 

Görüntüləri təqdim edirik:

 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar