Azərbaycanda boşanmaların çox olduğu şəhərlər açıqlandı

Oxunma sayı: 891
Cəmiyyət       12 Fevral 2020, 12:39
Azərbaycanda boşanmaların çox olduğu şəhərlər açıqlandı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

2019-cu ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63869 nikah və 17148 boşanma halları qeydə alınıb. 

 

Azmedia.az  xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb. 

 

Bildirilib ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2018-ci illə müqayisədə dəyişməyərək eyni səviyyədə (6,4) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

 

Əhalinin hər 1000 nəfərinə nikahlar Aran və Kəlbəcər-Laçın (6,9), Dağlıq Şirvan (6,8), Şəki-Zaqatala (6,6), Quba-Xaçmaz və Yuxarı Qarabağ (6,5) iqtisadi rayonlarında ölkə səviyyəsindən (6,4) yüksək olub, boşanmalar isə Bakı şəhərində və Kəlbəcər-Laçın (2,3), Abşeron və Yuxarı Qarabağ (2,0) iqtisadi rayonlarında ölkə səviyyəsindən (1,7) yüksək olub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar