Prezident İlham Əliyev Kürdəmirdə "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib

Oxunma sayı: 794
Cəmiyyət       12 Fevral 2020, 14:23
Prezident İlham Əliyev Kürdəmirdə "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib.

 

Azmedia.az  xəbər verir ki, dövlətimizin başçısı mərkəzin açılışını bildirən düyməni basdı.

 

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat verdilər.

 

Sonra Prezident İlham Əliyev "ASAN könüllüləri" ilə görüşdü.

 

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

 

 Sonda xatirə şəkli çəkdirildi.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar