İtkin düşən qadın tapılıb

Oxunma sayı: 790
Cəmiyyət       12 Fevral 2020, 15:46
İtkin düşən qadın tapılıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Qusar rayonu Əcəxur kənd sakini 55 yaşlı Atakişiyeva Solmaz Əzim qızı fevral ayının 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  Azmedia.az-a  verilən məlumata görə, danışma və eşitmə qabiliyyəti olmayan yaşlı qadının evə qayıtmamasından narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət ediblər. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal rayon ərazisində axtarışlara başlanılıb.

 

Keçirilmiş axtarış tədbirləri nəticəsində itkin düşmüş hesab olunan Solmaz Atakişiyeva bu gün günorta saatlarında polis əməkdaşları tərəfindən rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar