"Şərq bazarı" SÖKÜLÜR - VİDEO

Oxunma sayı: 922
Cəmiyyət       14 Fevral 2020, 09:47
"Şərq bazarı" SÖKÜLÜR     - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Sumqayıtda Şərq bazarı kimi bilinən ticarət mərkəzi sökülür

 

Uzun illərdir baxımsız vəziyyətdə olan bazarın yerində müasir ticarət mərkəzi tikiləcək.

 

Azmedia.Az  xəbər verir ki, artıq işlərə başlanılıb, satıcılar mallarını yığışdırır.

 

Şəhərin 9-cu mikrorayonunda yerləşən, təxminən 1 hektar ərazini əhatə edən Şərq bazarı kimi tanınan ticarət mərkəzi sökülür.
Sökülməyə səbəb kimi bazar daxilində və ətrafındakı şəraitsizlik göstərilir.

 

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov aidiyyati qurum rəhbərləri ilə birlikdə ticarət mərkəzinə baxış keçirib. Əvəzində müasir görünüşlü böyük ticarət mərkəzinin tikilməsinə qərar verilib.

 

Memarlıq və Şəhərsalma İdarəsindən bildirilib ki, bazarda çalışanlar müvəqqəti olaraq digər ticarət mərkəzlərinə köçürüləcək. Layihə əsasında tikiləcək bazar hazır olduqda isə həmin sahibkarlar təmənnasız olaraq öz yerlərinə qaytarılacaq.
 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar