Bakıda yük avtomobilini qaçıran şəxs tutulub

Oxunma sayı: 939
Hadisə       14 Fevral 2020, 10:01
Bakıda yük avtomobilini qaçıran şəxs tutulub

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakıda yük maşını oğurlanıb.

 

Respublika Dövlət Yol Polisindən   Azmedia.az-a  verilən məlumata görə, bu gecə saat 03:45 radələrində “ZİL-MMC-4512” markalı, 50-DA-951 dövlət qeydiyyat nişanlı yük avtomobilinin Sulutəpə qəsəbəsindən qaçırılması barədə Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsindən daxil olan məlumat əsasında həmin avtomobil DİN Baş DYP İdarəsinin Ekoloji nəzarət bölüyünün 99-YP-688 dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan YPX inspektorları tərəfindən saxlanılıb. 

 

Yük avtomobilini qaçırmış Qobustan rayon sakinləri 1974-cü il təvəllüdlü Ağayev Yusif Heydər oğlu və 1980-ci il təvəllüdlü Qədirov Qədir Mamed oğlu tutularaq istintaq orqanlarına təhvil veriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar