Azərbaycanda 22 yaşlı gənc koronavirusa görə xəstəxanaya yerləşdirildi

Oxunma sayı: 762
Sağlamlıq       14 Fevral 2020, 10:38
Azərbaycanda 22 yaşlı gənc koronavirusa görə xəstəxanaya yerləşdirildi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Dünən Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə daha bir nəfər yerləşdirilib. 

 

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən  Azmedia.az-a  daxil olan məlumata görə, xəstəxanaya yerləşdirilən 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Pekin şəhərində işləyib. Fevralın 5-i Pekindən Moskvaya, Moskvadan İstanbula, bir neçə gün İstanbulda qaldıqdan sonra isə təyyarə ilə Tbilisiyə uçub. Azərbaycana avtomobillə gəlib. Hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. 

 

Bununla da Klinikaya yerləşdirilən xəstələrin sayı dünən xəbər verdiyimiz  Pekində təhsil alan 1994-cü il təvəllüdlü tələbə ilə yanaşı 2-yə çatıb.

 

Bu gün saat 07:15 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

 

Qeyd edək ki, xəstəlik alovlanan ərazidən gələnlər isə, məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Bir nəfər istisna olmaqla, qalanları bu gün evlərinə buraxılacaq. Qalan bir nəfərin karantin müddəti fevralın 18-i bitir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar