Rusiyanın Türkiyədəki səfiri hədələnib

Oxunma sayı: 913
Dünya       14 Fevral 2020, 10:45
Rusiyanın Türkiyədəki səfiri hədələnib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov Suriyanın İdlib şəhərində baş verən hadisələrdən sonra ünvanına gələn hədələr barədə məlumat verib.

 

Azmedia.az  xəbər verir ki, bu barədə “RİA Novosti”  məlumat  yayıb.

 

A.Yerxovun sözlərinə görə, sosial şəbəkələrdə türkiyəli istifadəçilərdən Rusiya əleyhinə isteriya yayılıb - “həyatınızla vidalaşın”, “heç kim sizin üçün yas tutmayacaq”, “yanma vaxtınız çatıb” və sair bu kimi təhdidlər yazılır. 

 

Səfir ünvanına hədələr aldığını bildirib. O qeyd edib ki, ən təhlükəli vəziyyət müttəfiqi anlamamaqdır.

 

Qeyd edək ki, fevralın 10-da Türkiyə Müdafiə Nazirliyi İdlibdə müşahidə məntəqəsinin Suriya Ordusu tərəfindən atəşə tutulması nəticəsində beş türk hərbçinin ölməsi barədə məlumat vermişdi.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar