Sabiq prokuror arvadını öldürüb, həyətində basdırdı

Oxunma sayı: 773
Dünya       14 Fevral 2020, 10:47
Sabiq prokuror arvadını öldürüb, həyətində basdırdı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Şimali Osetiyada sabiq prokuror İqor Çeldiyevin şəhərkənarı torpaq sahəsində qadın meyiti aşkarlanıb.

 

Azmedia.Az  oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, tapılan meyidin sabiq prokurorun bir ay əvvəl itkin düşən arvadı İrina Bojdenkoya aid olduğu müəyyən olunub. 45 yaşlı qadın itdikdən sonra onun bacısı polisə müraciət edib. İlkin axtarışlar nəticəsiz olub.

 

İ.Çeldiyevin evinə gedən hüquq mühafizəçilərinin diqqətini həyətyanı sahədə ümumi landşaftdan qabaran təpə cəlb edib. Sabiq prokuror etiraf edib ki, İrinanı orada basdırıb. 

 

O deyib ki, aralarında mübahisə yaranıb və bundan sonra qadının başından vurub. 

 

İ.Çeldiyev qadının meyidini ərazidə zibillərin arasında basdırıb. Cəsəddə kəllə travması aşkarlanıb. 

 

İ.Çeldiyev saxlanılıb. Onun barəsində cinayət işi açılıb.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar