İnsanı xoşbəxt edə biləcək məhsullar açıqlanıb

Oxunma sayı: 842
Sağlamlıq       14 Fevral 2020, 11:17
İnsanı xoşbəxt edə biləcək məhsullar açıqlanıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

ABŞ-ın Arizona ştatında yerləşən Mayo klinikasının ekspertləri insanın psixi sağlamlığına müsbət təsir göstərən məhsulların siyahısını açıqlayıb.

 

Azmedia.Az-ın  qafqazinfo-ya istinadən məlumatına görə, bu barədə “Focus.de” yazıb.

 

Əhvalın yüksəldilməsi üçün mütəxəssislər balıq, qoz, ispanaq, brokkoli, yumurta və paxlalılardan istifadə etməyi tövsiyə edib.  

 

Yağlı balıq növlərində depressiya simptomlarını yüngülləşdirən və xoşbəxtlik hormonları (serotonin və dofamin) əmələ gətirən omeqa-3 turşuları var. Paxlalılar, yumurta və qoz aminoturşularla zəngindir, xüsusilə də orqanizmdə seorotoninin balansını dəstəkləyən triptofanla.

 

Fol turşusu ilə zəngin olan ispanaq və brokkoli yuxu pozğunluğu və depressiyanın qarşını almaqda kömək edirlər.

 

Mütəxəssislər qeyd ediblər ki, bu siyahıda olan məhsullar yalnız əhvalın və insanın ümumi mənəvi halının yaxşılaşdırılması gücünə malikdir. Depressiya əlamətləri və ya panik atak yarandıqda, ilk növbədə, həkimə müraciət etmək lazımdır.

 

Hamburger və hot-doqlardakı emal olunmuş ət isə orqanizmə pis təsir göstərir. Onların tərkibindəki nitratlar beynin psixi xəstəliklərə cavabdeh hissəsinə təsir göstərir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar