“Neftçi” "Barselona"nın 145 milyon avroya aldığı futbolçunu istəyib

Oxunma sayı: 825
İdman       14 Fevral 2020, 11:53
“Neftçi” "Barselona"nın 145 milyon avroya aldığı futbolçunu istəyib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Braziliya millisinin futbolçusu Filipp Koutinyo vaxtilə "Neftçi”nin maraq dairəsində olub.

 

Azmedia.az  xəbər verir ki, bunu apasport.az saytına Bakı klubunda seleksiyaçı-məşqçi vəzifəsində çalışmış Bəxtiyar Musayev deyib.

 

O, 2010-cu ildə "ağ-qaralar”ın həmin dönəmdəki vitse-prezidenti Tahir Süleymanovla Braziliyaya səfəri zamanı Koutinyonun oyununu bəyəndiklərini söyləyib. Musayev hətta bununla bağlı yerli menecerlərlə söhbət apardığını da etiraf edib: 

 

"Braziliyaya gedəndə ilk olaraq "Vasko da Qama"nın oyununu izlədim. Yanımda menecerlər var idi və dedilər ki, bax, hansı futbolçunu istəsən, məsləhət olarsa, danışıq apararıq. Oyun təzə başlamışdı, təxminən 15 dəqiqə keçmişdi. Yanımdakı menecerə meydanda olan bir futbolçunu soruşdum. Dedim ki, bu oyunçunu aparmaq istəyərdik. Gördüm, bir-birlərinə baxıb gülüşdülər. Soruşdum ki, niyə gülürsüz? Dedi ki, bu oyunçunu iki il əvvəl 15 yaşı olanda "İnter" 5 milyon avroya transfer edib. Həmin futbolçu da Koutinyo idi. Koutinyonun 17 yaşı var idi, çox iti düşünürdü, meydanı görmə qabiliyyəti yüksək idi”.

 

Qeyd edək ki, Kountinyo 2013-cü ildə ""İnter”dən 13 milyon avroya "Liverpul”a keçib. İngiltərə klubu 5 il sonra onu 145 milyon avroya "Barselona"ya satıb. Braziliyalı ulduz cari mövsümdə 8.5 milyon avroya "Bavariya"ya icarəyə verilib.
 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar