Yaşlı anasını döyüb öldürdü

Oxunma sayı: 989
Hadisə       14 Fevral 2020, 15:45
Yaşlı anasını döyüb öldürdü

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Türkiyənin İzmir şəhərində oğul anasını döyərək öldürüb.

 

Azmedia.az  “Demirören Haber Ajansı”nın (DHA) yaydığı xəbərə istinadən bildirir ki, 55 yaşlı Bəkir Baştosun 85 yaşlı anası Görgün Baştosunu ölümcül döyüb.

 

B.Baştosun arvadından ayrılandan sonra birgə yaşadığı kar və kor olan anasını döyüb. Sonra bacısıgilə gedərək anasının vəziyyətinin yaxşı olmadığını deyib.

 

Qızları evə gələndə analarını yerdə qan içində görüblər. Yaralı qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Anasını öldürdüyü iddiası ilə polis nəzarətinə alınan B.Baştos hadisəni etiraf etməyib. O, anasının yıxılaraq yaralandığını və bu səbəbdən öldüyünü deyərək ittihamları qəbul etməyib.

 

B.Baştosun barəsində “özünü müdafiə edə bilməyən şəxsi qəsdən öldürmə” maddəsi ilə cinayət işi açılıb.

 

Məhkəmə prosesi G.Baştosunun meyitinin ekspertiza cavabının alınmasına qədər başqa günə təxirə salınıb.

 

B.Baştosunun psixoloji problemlərinin olduğu bildirilir.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar