Molla 13 yaşlı qızını məhkəməyə verdi - Azərbaycanda

Oxunma sayı: 914
Cəmiyyət       14 Fevral 2020, 15:56
Molla 13 yaşlı qızını məhkəməyə verdi     - Azərbaycanda

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Tovuzda mollalıqla məşğul olan Aşağı Quşçu kəndinin sakini molla Cəmil 13 yaşlı qızını məhkəməyə verib.


Azmedia.az  xəbər verir ki, o  Bakıda «Sovetski» adlanan ərazidə qeydiyyatda olan 13 yaşlı qızı, oğlu və arvadı Səadət xanımı evindən çıxarmaq üçün Yasamal Rayon Məhkəməsinə müraciət edərək övladlarının evi tərk etməsini tələb edib. Lakin ilk iki məhkəmə azyaşlıların evdən çıxarılmasına qarşı olub və iddianı etibarsız hesab edib. Daha sonra molla Cəmil yenidən məhkəməyə müraciət edərək keçmiş ailəsinə 8 min manat təzminat ödəyəciyini bildirib və hakimdən qərar qəbul etməsini xahiş edib.

 

Yasamal məhkəməsi də iddiaçının qərarını təmin edib. Bu açıqlamanı Səadət xanım ötən gün Amil Xəlilin təqdimatında efirə gedən «Gəl Dərdini Danış» sosial-kriminal layihəsində verib. Verilişə müraciət xanım bildirib ki, bir neçə ay bundan qabaq molla Cəmil ondan boşanaraq xalası qızı ilə evlənib. Görüntülərdən də göründüyü kimi, Səadət xanım çətin şəraitdə iki övladı ilə kiçik bir mənzildə kirayə yaşayır. Verilişdə Amil Xəlil molla Cəmillə telefon əlaqəsi saxlayır. Lakin molla Cəmil fikrində qəti olduğunu və övladlarının evdən çıxarılmasını tələb edib.
 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar