17 yaşlı gənc əmisini vurub, ölümünü gözlədi

Oxunma sayı: 952
Kriminal       14 Fevral 2020, 16:11
17 yaşlı gənc əmisini vurub, ölümünü gözlədi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Türkiyənin Qars bölgəsində 17 yaşlı gənc əmisini odlu silahla başından vuraraq qətlə yetirib.

 

Azmedia.az  xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

 

Hadisə Qarsın Kağızman rayonunda baş verib. Qarsın Qarabağ kəndində yaşayan 17 yaşlı A.D. Kağızman Dövlət Xəstəxanasında çalışan əmisi Mehmet D. adlı şəxsi qətlə yetirib. Cinayət anı təhlükəsizlik kameralarına düşüb.

 

Görüntülərdə qatilin koridorda əmisini gözlədiyi və ona arxadan yaxınlaşaraq atəş açdığı əks olunub. 17 yaşlı gənc atəş açdıqdan sonra əmisinin ölüb-ölmədiyini də yoxlayıb. O, hadisədən sonra əmisinin yanına heç kimin yaxınlaşmasına icazə verməyib və polis çağırılmasını istəyib. Polislər gəldikdən sonra isə təslim olub.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar