Göyçayda 2 nəfər itkin düşüb - FOTO

Oxunma sayı: 549
Cəmiyyət       14 Fevral 2020, 16:59
Göyçayda 2 nəfər itkin düşüb      - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Göyçayda 23 yaşlı gənc itkin düşüb.

 

1. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  Azmedia.az-a  verilən məlumata görə, Göyçay rayonu Potu kənd sakini, 1997-ci il təvəllüdlü Ramiz Hacıyev yanvarın 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

Evdən çıxarkən əynində cins şalvar, qırmızı köynək və qara rəngli gödəkçə olub.

 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Göyçay Rayon Polis Şöbəsinə 020-274-42-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

 

2. 46 yaşlı daha bir Göyçay sakini də axtarılır.

 

Şəhər sakini, 1974-cü il təvəllüdlü Tərlan İsgəndərov fevralın 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

Evdən çıxarkən əynində tünd yaşıl rəngli gödəkçə, cins şalvar və qara rəngli ayaqqabı olub.

 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Göyçay Rayon Polis Şöbəsinə 020-274-42-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar