Xəzərin sahili sintetik torlardan təmizlənib - FOTO

Oxunma sayı: 978
Cəmiyyət       17 Fevral 2020, 11:26
Xəzərin sahili sintetik torlardan təmizlənib      - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə Regional Ekologiya İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə növbəti reydi Xəzər dənizinin Xaçmaz rayonu İstisu qəsəbəsi və Niyazoba kəndi ətrafında keçirib. Bunu jurnalistlərə 5 saylı Regional Ekologiya İdarəsinin rəisi Vaqif Cavadov bildirib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  Azmedia.az-a  bildirilib ki, reyd zamanı sözügedən ərazi balıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib: "Faktla bağlı akt tərtib olunub. Qadağan olunmuş sintetik torların kim tərəfindən qurulduğunu müəyyən etmək və qanunamüvafiq tədbirlər görmək məqsədilə Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır".

 

V.Cavadov hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırıb.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar