Zaqatalada evdən oğurluq edən qrup üzvləri tutulub

Oxunma sayı: 990
Cəmiyyət       17 Fevral 2020, 12:01
Zaqatalada evdən oğurluq edən qrup üzvləri tutulub

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Göyəm kənd sakini ona məxsus evdən qızıl-zinət və pulun oğurlanması barədə məlumat verib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  Azmedia.az-a  verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən təxminən 2000 manat dəyərində qzıl-zinət əşyalarının və 450 manat dəyərində pulun oğurlandığı müəyyən edilib.

 

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin Qax rayonunun Qaxingiloy kənd sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ziviadi Zurabaşvili və Dima Lomaşvili olduqları müəyyən olunub. Onlardan Z.Zurabaşvilinin yeri müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb.

 

Saxlanılan şəxsin ətrafında aparılan araşdırmalarla məlum olub ki, oğurluğu edən şəxslərin evə daxil olmasında zərərçəkmişin qohumu Şükufə Hacıyeva və onunla qeyri-rəsmi münasibətdə yaşayan D.Lomaşvilinin qardaşı Eristo Lomaşvili yardımcı olublar. Belə ki, Ş.Hacıyeva ev sahiblarinin evdə olmaması barədə E.Lomaşviliyə məlumat verib. Sonuncu isə məlumatı həmin vaxt  biryerdə olduqları Z.Zurabaşvili və D.Lomaşviliyə ötürdüyü, bundan sonra onların həmin evə qanunsuz daxil olduqları məlum olub. Ş.Hacıyeva və E.Lomaşvili də polis əməkdaşları tərəfindən saxlanılıb. Oğurladıqları qızıl-zinət əşyalarının bir qismini dəyərindən ucuz qiymətə Qax rayonunda yerləşən zərgərlik mağazasına satdıqları müəyyən edilib və həmin qızıl-zinət əşyası maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlanılıb, cinayəti törətməkdə şübhəli bilinən digər şəxsin tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar