Bakı polisi bir gündə 40 cinayətin üstünü açıb

Oxunma sayı: 889
Cəmiyyət       18 Fevral 2020, 10:18
Bakı polisi bir gündə 40 cinayətin üstünü açıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də 40 cinayətin üstü açılıb.

 

Bakı şəhər Baş Polis İdarəsindən Azmedia.az-a verilən məlumata görə, onlardan 15-i əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub.

 

Narkotiklərlə əlaqəli 6, soyğunçuluq üzrə 1 fakt müəyyən edilib. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 13 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

 

Baş vermiş oğurluq əməlləri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 18 fakt üzrə açılma təmin olunub.

 

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar