Ötən gün baş verən yol qəzalarında 2 nəfər ölüb - RƏSMİ

Oxunma sayı: 749
Cəmiyyət       18 Fevral 2020, 10:26
Ötən gün baş verən yol qəzalarında 2 nəfər ölüb     - RƏSMİ

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azmedia.az-a verilən məlumatına görə, əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatla bağlı 1fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar