Azərbaycanda kompüter istehsalı iki dəfə artıb

Oxunma sayı: 1006
İqtisadiyyat       18 Fevral 2020, 11:33
Azərbaycanda kompüter istehsalı iki dəfə artıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

2020-ci ilin yanvar ayında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 10,1 milyon manatlıq məhsul istehsal olunub.

 

Azmedia.az  Trend-in məlumatına əsasən bildirir ki, əvvəlki ilin yanvar ayı ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,2 dəfə artıb.

 

Ay ərzində əvvəlki ilin yanvar ayı ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,2 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqilləri isə 2,0 dəfə artıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar