Bacısının azyaşlı qızına təcavüz edən şəxs həbsdə saxlanıldı

Oxunma sayı: 835
Cəmiyyət       18 Fevral 2020, 11:44
Bacısının azyaşlı qızına təcavüz edən şəxs həbsdə saxlanıldı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakı Apellyasiya Məhkəməsində seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Ramil Mehdiyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

Azmedia.az  oxu.Az-a istinadən  xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib.


Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mehdiyev 8 il 6 ay azadlıqdan məhrum edilib.
 

İttihama görə, R.Mehdiyev azyaşlı bacısı qızına təcavüz edib. O, azyaşlı qızla bir neçə dəfə seksual xarakterli hərəkətlər edib.


Azyaşlının ailə üzvlərinin hüquq-mühafizə orqanlarına şikayətindən sonra R.Mehdiyev həbs edilib.
 

İstintaq orqanı tərəfindən R.Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar