Bakıda 5 ay əvvəl oğurluq edən şəxs saxlanıldı

Oxunma sayı: 668
Cəmiyyət       18 Fevral 2020, 11:47
Bakıda 5 ay əvvəl oğurluq edən şəxs saxlanıldı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakıda ötən il avtomobildən oğurluq edən şəxs tutulub.

 

Azmedia.az  “Report”un xəbərinə istinadən bildirir ki, hadisə 2019-cu il sentyabrın 28-də Sabunçu rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, naməlum şəxs N.Əsədova məxsus avtomobildən oğurluq edib.

 

Daha sonra N.Əsədov hadisə ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, Narkotiklə Mübarizə Bölməsi və 3-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, 1998-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş C.Səmədov müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar