Məscidləri partladacaqdılar... – Yeni terror təşkilatının 12 üzvü ələ keçdi

Oxunma sayı: 881
Dünya       18 Fevral 2020, 12:04
Məscidləri partladacaqdılar...     – Yeni terror təşkilatının 12 üzvü ələ keçdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Almaniyada məscidlərə hücum edərək, dağıtmağı planlayan radikal sağ şəbəkə çökdürülüb. “Hard Core” adlı şəbəkə ölkənin fərqli əyalətlərində məscidlərə hücum edib Yeni Zelandiyadakı məsciddə baş verən terror aktına bənzər qətliam planlayırmış.

 

Azmedia.az  teleqraf.com-a istinadən  xəbər verir ki, aralarında 1-i polis olmaqla şəbəkənin 12 üzvü həbs edilib.

 

Həbslər Baden-Vürttemberg, Bavariya, Aşağı Saksoniya, Şimali Reyn Vestfalya və digər əyalətlərdə həyata keçirilib

 

Avropanın digər ölkələrindəki irqçilərlə əməkdaşlıq edən 12 nəfərdən 4-ü təşkilatın qurucusu, 8-i isə təşkilata dəstəkdə günahlandırılır.

 

Şəbəkə üzvləri siyasətçilərə, qaçqınlara və müsəlmanlara qarşı hücum həyata keçirməklə ölkə daxilində vətəndaş müharibəsinə bənzər hadisə yaratmaq, terror təşkilatı qurmaq və bu şəbəkəyə dəstək verməkdə ittiham edilir.

 

Almaniya Daxili İşlər Nazirliyi qısa müddət ərzində belə bir şəbəkənin qurulmasını gözlənilməz hadisə kimi qiymətləndirib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar