Çində virusa görə PULLARI MƏHV EDƏCƏKLƏR

Oxunma sayı: 879
Dünya       18 Fevral 2020, 12:19
Çində virusa görə PULLARI MƏHV EDƏCƏKLƏR

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Çin hökuməti ölümcül koronavirusun ən çox yayıldığı bölgələrdən yığılan pulun bir hissəsini məhv etmək qərarına gəlib.
 

Azmedia.az-ın  lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Business Insider" yazır.
 

Məhv ediləcək pulun miqdarı açıqlanmır.


Bu məsələ xəstəxana, bazar və avtobuslarda, eləcə də infeksiyanın yayıldığı digər yerlərdə toplanan əskinaslara aiddir. Onlar Quançjouda utilizasiya ediləcək.
 

Çin Mərkəzi Bankı, həmçinin, kommersiya kredit təşkilatlarına xəstəlik yayılan ərazilərdən gələn pulları ayrı saxlamaq barədə göstəriş verib.
 

Məhv olunmayan əskinaslar dezinfeksiya olunacaq. Pulları ultrabənövşəyi işıqla emal etmək və təkrar dövriyyəyə buraxılmadan öncə iki həftəlik karantində saxlamaq planlaşdırılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar