Azərbaycanlı Xalq artistinin arvadının lüks mənzili - FOTO

Oxunma sayı: 775
Yerli       18 Fevral 2020, 12:42
Azərbaycanlı Xalq artistinin arvadının lüks mənzili    - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı - Rusiyanın Xalq artisti Anna Netrebko Avstriyanın paytaxtı Vena şəhərindəki lüks mənzilini izləyicilərinə nümayiş etdirib.

 

Azmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, sənətçi mənzilinin görüntülərini "Instagram” hesabında paylaşıb.


Sıx qrafik ucbatından Anna tez-tez mənzilinə baş çəkə bilmədiyindən gileylənib. O, evində olmaq və özünü evdar xanım kimi hiss etmək qərarına gəldiyini deyib.


"Uzun illər davam edən səyahət və işlərdən sonra on gün evdə olmaq xoşbəxtlikdir” – deyə, A.Netrebko bildirib.


48 yaşlı müğənninin mənzilinin fərqləndirici xüsusiyyəti - parlaq mebel, divarlarda asılan bir-birindən rəngarəng rəsmlər və Netrebkonun portretidir. Rəflərdə isə gözəl suvenirlər və müxtəlif ölkələrdən gətirilən bıçaq kolleksiyası var.


A.Netrebko tez-tez dünyanın müxtəlif yerlərindən suvenirlər gətirir, sonra bu əşyalar evin interyerinin bir hissəsinə çevrilir. Diqqət çəkən isə evin bir küncündə asılan böyük Venesiya maskasıdır.


A.Netrebko müasir Rusiya tarixinin ən istedadlı opera müğənnilərindən biridir. O, 2015-ci ildə Xalq artisti Yusif Eyvazovla ailə həyatı qurub.
 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar