Rayonlara yağış, dağlıq ərazilərə qar yağacaq - HAVA PROQNOZU

Oxunma sayı: 980
Cəmiyyət       18 Fevral 2020, 13:07
Rayonlara yağış, dağlıq ərazilərə qar yağacaq     - HAVA PROQNOZU

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

19 fevralda gözlənilən hava şəraiti açıqlanıb.

 

Azmedia.az  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinidən Milli.Az-a verilən məlumata əsasən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fevralın 19-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi 771 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz olacaq.

 

Azərbaycanın rayonlarında fevralın 19-da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi cənub rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

 

Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

 

Fevralın 19-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar