Yanvarda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

Oxunma sayı: 979
Cəmiyyət       18 Fevral 2020, 13:11
Yanvarda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu ilin yanvar ayında "Bakı Metropoliteni" QSC 19,6 mln. sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4% çoxdur.

 

Azmedia.az  Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata əsasən bildirir ki, 2019-cu ilin yanvar ayı ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 18,6 mln. nəfər olub.

 

Qeyd edək ki, indi Bakıda metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar